Azərbaycanda koronavirusa yoluxmanın ən yüksək olduğu yerlər açıqlandı – SİYAHI
Bakı, Sumqayıt, Abşeron şəhərləri koronavirusa yoluxma riskinə görə ilk pillələrdədir.
ARANTV.AZ Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.O qeyd edib ki, alınmış tədbirlər yoluxma hallarının azaldılmasına hədəflənib.

