Dünya 

Yaponiyada 100-dən artıq aviareys ləğv edildi

Yaponiyanın aviaşirkətləri tayfun səbəbindən 119 daxili aviareysi ləğv ediblər.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, cədvəllərdəki dəyişikliklər əsasən Yaponiyanın cənubundakı Kaqosima və Okinava prefekturalarındakı hava limanlarından uçuşlara təsir edib.

Bildirilir ki, tayfun nəticəsində həmçinin 8 nəfər xəsarət alıb.

Məlumata əsasən, hazırda tayfun Çin istiqamətində irəliləyir. Tayfunun mərkəzində küləyin sürəti saniyədə 45 metr təşkil edir.

Daha çox xəbərlər