Dənizdə bir nəfər batıb
Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) bir nəfər batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Həmin şəxsin kimliyi müəyyənləşdirilir.

