Dünya 

Çin koronavirusa görə doqquz vaksin hazırlayıb

Çinin əczaçılıq şirkətləri hazırda klinik sınaqlarda olan və tezliklə dünyada satışa təqdim ediləcək doqquz koronavirus peyvəndi hazırlayıb.

TASS-ın xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin məlumat verib.

“Koronavirusa qarşı peyvəndlər hazırlayan Çinin əczaçılıq şirkətləri ürəkaçan nəticələr əldə edib”, – deyə o bildirib.

Diplomatın sözlərinə görə, bu dərmanlar bütün lazımi standartlara və hüquq normalarına uyğun olaraq hazırlanır.

Daha çox xəbərlər