Cəmiyyət 

İctimai rəy sorğusu: Azərbaycanın daxili və xarici siyasəti, dayanıqlı iqtisadi, sosial inkişafı vətəndaşlar tərəfindən dəstəklənir

Sosial  Tədqiqatlar Mərkəzinin (STM)  apardığı sorğuların nəticələrində bu reallıq əksini tapır

Sosial  Tədqiqatlar Mərkəzi (STM) vaxtaşırı olaraq dövlət və cəmiyyət həyatında baş verən dəyişiklikləri,  dünyada müşahidə edilən tendensiyaları, yeni yanaşmaları, cəmiyyətdəki dinamikaları öyrənir, tədqiq edir,  nəticələri ictimaiyyətə, eyni zamanda, dövlət orqanlarına təqdim olunur.  Mərkəzin apardığı sorğuların nəticələri göstərir ki,  Prezident İlham Əliyevin  daxili və xarici, sosial-iqtisadi siyasəti  ölkə vətəndaşları  tərəfindən bəyənilir və  dəstəklənir

Mərkəzin dövri olaraq «İnam İndeksi»” nəşri xüsusi buraxılışında  ölkə başçısının fəaliyyətinin ictimai qiymətləndirilməsi təhlil edilib. Prezident İlham Əliyevin fəaliyyəti, həyata keçirdiyi genişmiqyaslı iqtisadi-sosial və xarici siyasət kursunun milli həyatımızdakı yeri, eləcə də qarşıya qoyulan hədəflərə dair elmi araşdırmalar rəy sorğularında  əksini tapır.

« Bu gün Azərbaycan  güclü dövlətdir. Daha güclü dövlət qurmalıyıq. Daha güclü Azərbaycan qurmalıyıq. Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz… Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik, Biz böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər… Bizim taleyimiz öz əlimizdədir» söyləyən cənab İlham Əliyev bildirir ki,  müstəqillik yolu  Azərbaycan xalqını xoşbəxt gələcəyə aparacaq.  Prezident İlham Əliyevə ümumxalq məhəbbətini, ehtiramını və etimadını ölkədə mövcud olan  demokratik şəraitdə   keçirilən prezident, parlament seçkiləri, ölkəmizin  beynəlxalq səviyyədə yüksələn və getdikcə möhkəmlənən nüfuzu da təsdiqləyir.

İctimai rəyin tədqiqi göstərir ki, son 5 ayda dünyada hökm sürən koronavirus pandemiyasına qarşı ilk gündən kompleks proqram əsasında  mübarizə aparan,  təcrübəsi və müalicə metodları  Ümumdünya Səhiyyə Təşkilatı  (ÜST)  tərəfindən nümunə göstərilən  Azərbaycan bu sahədə də  liderliyini qoruyur, ölkə vətəndaşlarının  dövlət başçımıza  inam və etimadı sonsuzdur.
STM-nin «Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti ictimai rəydə»” mövzusunda apardığı   rəy sorğusunda da
Azərbaycanın COVID-19 ilə mübarizə çərçivəsində qəbul etdiyi antiböhran strategiyası koronavirusla mübarizədə əhəmiyyətli rol oynayır.

Analitik hesabatda dövlətin yaxın dövrdə pandemiyanın makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirdiyi təxirəsalınmaz sosial dəstək tədbirlərinə münasibət göstəriciləri ictimai rəy əsasında qiymətləndirilir. Bu araşdırmanın ən etibarlı təsdiqi  Prezident İlham Əliyevin  bu sözləridir: «Mən bunu bəri başdan – pandemiyanın ilk günlərindən demişdim ki, insanların sağlamlığı bizim üçün prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik. Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də labüd idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Hesab edirəm ki, dünyada mövcud olan ümumi mənzərəni nəzərə alsaq bu, yaxşı göstəricidir.»

Mərkəzin açıqlamasında qeyd olunur ki, dünyada koronavirus pandemiyası təkcə ölkələrin iqtisadiyyatını, sosial rifahını, daxili və xarici əlaqələrini, bir sözlə, ictimai həyatın bütün sahələrini əhatə etdiyi kimi, ilk növbədə, dövlət rəhbərlərini, siyasi liderləri çətin sınaqlar qarşısında qoydu.  Bu sahədə də  Azərbaycanda bütün alternativ variantlardan, mövcud potensiallardan səmərəli istifadə olunmaqla,  insanların sosial müdafəsinin etibarlı təminatı üçün aktual layihə və islahatlar həyata keçirildi. COVID -19 başlanan gündən dövlət sektorunda çalışan 900 min insanın əksəriyyəti faktiki olaraq işləməsə də əməkhaqqı alır. 760 min insanın iş yerlərinin qorunması üçün lazımi maliyyə dəstəyi göstərilir. Altı yüz min işsiz , o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid  insanlar dövlətin qayğısı ilə əhatə olunublar.  Bu  statusa malik insanlar üçün ayrılan aylıq 190 manat müavinətin verilməsi üçün  müəyyən edilmiş  maliyyə vəsaiti də iqtisadiyyatın inkişafı nəticəsində  formalaşmışdır.
Respublikada  profilaktik tədbir kimi testlərin keçirilməsi ilə əlaqədar uğurlu addımlar atılır. Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir.  Ölkə üzrə laboratoriyaların sayının 45-ə çatdırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin əsas tövsiyələrindən biri də budur ki, ən inanılmış testlər ölkəmizə gətiriləcək

2009-cu ildən başlayaraq dünya iqtisadiyyatında baş verən böhrandan az itki ilə çıxan Azərbaycan  pandemiyaya qarşı mübarizədə də  dayanıqlı xarakter, möhkəm iradə göstərir. Bu,  Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə əmin-amanlığın, insanların sağlamlığının qorunması istiqamətində gördükləri məqsədyönlu tədbirlərin uğurudur.
İctimai rəy sorğusunun nəticələrinə əsaslanmaqla uğur qazanan və sınaqdan çıxan dövlətlər arasında Azərbaycanın liderliyini qoruması göstərir ki,  ölkəmizdə dünyada  koronavirusun  başladığı gündən pandemiyaya qarşı mübarizədə əsas götürülən – siyasi lider amili, dövlətin potensial resurs, güc və imkanları, ictimai inam və etimadın mövcudluğu kimi şərtlər özünü doğrultmuşdur.
Tədqiqatlardan aydın olur ki, qarşılıqlı etimadın və milli birliyin olduğu cəmiyyətlərdə bu keyfiyyətlər koronavirus fonunda tamamilə yeni dəyər yaradır, milli gücə çevrilir”. Azərbaycan  da bu sahədə fərqlənən ölkələr sırasındadır.
Vətəndaşların sağlamlığının qorunması,  iqtisadiyyatın xilası ilə bağlı  görülən tədbirlərdə  Azərbaycanıın siyasəti dəyərləndirilir. Dövlət gəlirlərindən,  maliyyə vəsaitlərindən səmərəli, ünvanlı  istifadə olunan,  sosial islahatların əhatə dairəsinin genişləndiyi ölkəmizdə  Prezident İlham Əliyevin  bu tövsiyəsi diqqətdə saxlanılır: İnsanların həyatından vacib heç nə ola bilməz.
Hadisələrə müxtəlif aspektdən yanaşan «İnam İndeksi»nin  açıqlamasında  prioritet istiqamətlərdən biri də  ordu quruculuğu  məsələləridir. Keçirilmiş sorğuda rəyi soruşulanların 70,7 faizi,  mütləq çoxluğu  Prezident, Ali Baş Komandan İlham Əliyevin bu sahədəki fəaliyyətini  yüksək qiymətləndirir.
Mərkəzin araşdırmalarında ölkədə son illərdə aparılan kadr islahatı  dövlətin gənclər siyasətinin davamlı olduğunu göstərir. Kadr islahatları ilə bağlı rəyini bildirənlər  dövlət başçımızın intensiv xarakter alan  korrupsiyaya qarşı mübarizədə göstərdiyi  qətiyyəti,  təhlükəsizlik və xarici siyasət sahələrindəki çevik strateji addımlarını xüsusilə qiymətləndirirlər. Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində kifayət qədər ciddi mövqelərə malik olmaqla, çoxistiqamətli səmərəli əməkdaşlıq formulunu qura bilib.  Açıqlamalarda bildirilir ki,  Azərbaycanda təbii fəlakətlərdən (indiki halda pandemiyadan) qaynaqlanan böhranlarla mübarizə strategiyalarına uyğun çevik siyasət  uğurla davam etdirilir.

Bakı şəhəri, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Qarabağ, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə etməklə, 5 mərhələ üzrə ümumilikdə 4144 respondentin rəyinin  öyrənildiyi  sorğularda   strateji tədqiqatların ən müasir metodlarından istifadə olunub.

Xuraman İsmayılqızı«İki sahil»

Daha çox xəbərlər