Fındıqçılıq gəlirli sahədir
Son illər Masallının zəhmət adamları fındıqçılığı da öz təsərrüfatlarına daxil ediblər. Rayonda 5 hektarda fındıq bağı salınıb. Bu təsərrüfat sahəsinin az zəhmət tələb etməsi və məhsulun satış qiymətinin münasib olmasına görə onun inkişafına maraq daha böyükdür.
Rayonun Güllütəpə, Kolatanı və Təzə Alvadı kəndlərində mövcud bağlardan hər il bol məhsul götürülür. Hasil edilən fındıq əsasən daxili bazara çıxardılır. Alıcılar məhsulun keyfiyyətindən razı qaldığı kimi, satılan məhsulun qiyməti fındıqçıları qane edir. Fındıq bağlarında bütün aqrotexniki tədbirlər mütəmadi olaraq həyata keçirildiyi üçün bu ilin məhsulu da bol gəlib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

