Sosial 

Azərbaycanda QADIN ölümləri ARTIR: “İldə 250-270 nəfər qadın …”

Xəbər verdiyimiz kimi, son günlərdə qadınlara qarşı zorakılıq halları artmaqdadır. Qlobal pandemiyanın gətirdiyi fəsadlarından biri məhz qadın ölümləridir desək yalnış olmazdı. Elə sentyabrın 2-si saat 08 radələrində Sabirabad rayonu, Qardaşkənd kənd sakini 1979-cu il təvəllüdlü Təranə Məmmədovaya çoxsaylı balta zərbələri vurularaq öldürülməsi buna nümunədir. Bundan əvvəlki qadın ölümləri xəbərini də buna nümunə göstərə bilərik.

ARANTV.AZ  xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az- a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, Bakı şəhərində yerləşən “Qadın və Uşaq Sığınma Evinin”nin sədri Mehriban Zeynalova danışıb:”Bizə müraciət edən, qəbul etdiyimiz ancaq zorakılıq qurbanlarıdır. Sığıncağımız əlahəddə hallarda sosial problemləri olan adamları qəbul edir. İl ərzində 250-270 nəfər zorakılığa məruz qalan qadınların 15- 20 faizi sosial problemləri olan qadınlardır”.

İctimai birliyin sədri Mehriban Zeynalova sığınacağa qəbul edilən qadınların yerə uyğun olaraq ən azı 15 gün, ən uzağı 1 il müdətinədək qala bildiyini açıqlayıb:

“Yerimiz böyüyən zaman gələcəkdə yəqin ki, daha çox qadın qəbul edəcəyik. Bizə müraciət edən qadınların əksəriyyətinin səbəbi fiziki zorakılıqla bağlıdır. Psixoloji problemlər müraciət edənlərin əksərində var. Birbaşa valideynin özünə olmasa da, uşağına mütləq şəkildə bu təsiri vardır. İl ərzində bizdə ən azı 230- 250 nəfər zorakılığa məruz qalan qadınların uşaqları olur. Sığınacağımızda 11 bıçaq zərbəsi alan, bədənində yüngül və ağır xəsarət olan qadınlar da var. Gələn qadınların 70- 75 faizinin fiziki zorakılıq səviyyəsi belə vəziyyətdə olur. Qadınlara qarşı münasibədə hazırda kəskin dəyişiklik var. Kişilər bütün günahları qadınlarda görürlər. Pandemiyanın da, qanunların işləməməsinin də, çörək pulu tapımılmaması kimi məsələlərin günahkarı kimi bu gün qadınlar görülür.

Daha çox xəbərlər