Hadisə 

Mingəçevirdə arvadını öldürən şəxs hakim qarşısına çıxarılır

Bu il mayın 20-də Mingəçevirdə 1982-ci il təvəllüdlü Fərqanə İsayevaya bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla zərərçəkmişin əri Elnur İsayevin qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Fərqanə İsayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

O, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Daha çox xəbərlər