31 yaşlı kişi özünü asdı – FOTO
Sabirabadda intihar hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, Sabirabad sakini, 1989-cu il təvəllüdlü Rauf Əsədov mənzilində özünü asaraq intihar edib.
Hadisə yerinə prokurorluq əməkdaşları baxış keçirib, müvafiq ekspertizalar təyin olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R.Əsədov Sabirabad Gənclər İdman İdarəsinin əməkdaşı olub. O, hadisədən bir həftə əvvəl işdən çıxıb.
APA

