Rusiyalı məşhur müğənninin konsertində pərəstişkarı öldü
Rusiyalı məşhur rok-müğənni Zemfiranın konsertində ölüm hadisəsi baş verib.
Mk.ru xəbər verir ki, hadisə müğənninin Sank-Peterburqdakı konsertində olub.
Konsert zamanı iştirakçılardan birinin halı pisləşib və o, huşunu itirib. Həmin şəxsi təmiz havaya çıxarıblar. Növbətçi həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ölümə ürəktutmasının səbəb olduğu göstərilir.

