Qalib Məmmədov “alçaq məxluq” olduğunu söyüşləri ilə sübuta yetirir-VIDEO
Son üç-dörd ildir ki, həyatımıza dərindən müdaxilə edən internet resurslarından, sosial şəbəkələrdən istifadə edənlər, heç də belə bir imkanlardan xalqımıza məxsus ümumilli problemlərin həll olunması üçün istifadə etmirlər. Yəni, elə şəxslər var ki, bu gün onlar internet resurslarını, sosial şəbəkələri söyüş ritorikası, qaralama kampaniyası məkanına çeviriblər. Ələlxüsus, xaricə çıxıb gedən və Avropanın müəyyən ölkələrində siyasi sığınacaq alan şəbəkə fəallarından bəziləri, son vaxtlar bu cür eybəcər üsullardan daha çox istifadə edirlər. Söyüş şəbəkəsinin üzvləri xaricdə oturub həm “YouTube”, həm də müxtəlif sosial şəbəkələr vasitəsilə ölkəmizdə bəzi vəzifə sahiblərinin ailəsini, həyat yoldaşını, övladlarını, yaxınlarını, dünyadan köçənlərini, hətta cəm şəklində xalqımızın daha böyük kəsimini də küçə söyüşləri ilə söyür, barələrində sərsəm, ağlasığmaz ifadələr işlədirlər. Bu cür davranış, bu cür yanaşma, bu cür etikadan kənar söyüş sözlərinin səsləndirilməsi, sözün həqiqi mənasında həmin şəxsləri küçə adamları olduqlarını tam şəkildə sübuta yetirir, onların kimliklərini ortaya qoyur. Düşüncələri küçə əxlaqı üzərində köklənən bu şəxslərin davranışları, artıq ölkə ictimaiyyəti tərəfindən də qəzəblə qarşılanmaqdadır. Faktdır ki, düşüncələri belə bir məfkurə üzərində formalaşanlardan bəziləri ilə bağlı indiyə kimi lazımi tədbirlər görülüb, bu gün də bəzi addımlar atılmaqdadır. Təəssüflər olsun ki, hələlik xaricdə oturub Azərbaycanda ayrı-ayrı vəzifə sahiblərinə qarşı söyüş söyənlər, yenə də seçdikləri bu cür iyrənc taktikadan əl çəkmək fikirində deyillər.
Bəlli bir həqiqətdir ki, həmin şəxslərin bu cür hərəkətləri həm ölkə ictimaiyyəti tərəfindən, həm onların Azərbaycandakı ailə üzvləri, yaxınları, qohum-əqrəbası və s. tərəfindən heç də yaxşı hal kimi qəbul olunmur. Bəli, normal insan öz ailəsi, ana-bacısı, yaxud da yaxınları eşitməsin deyə, hər hansı söyüş sözlərini dilinə gətirməz. Onu da unutmayaq ki, tarixən xalqımızı digər xalqlardan fərqləndirən bir sıra müsbət cəhətləri olub və belə bir səbəb üzündən də, hələ SSRİ dönəmində də belə bir amilin varlığına olduqca önəm verilirdi. Yəni, ilk növbədə namus, qeyrət, əxlaq, böyüyə hörmət etmək, kiçiklərə məsləhət vermək və s. kimi amillərin varlığı, hər zaman Azərbaycan xalqını digər xalqlardan fərqləndirib. Danılmaz faktdır ki, bizim bir çox fərqləndirici xüsusiyyətimiz, o cümlədən namus, qeyrət, ailə şərəfi deyilən məsələ, mənəvi dəyərlər və s. əsrlər boyu nənələrimiz, babalarımız tərəfindən yaşadılıb. Bu gün isə, xaricə üz tutub gedən söyüş şəbəkə fəalları müasir texnologiyanın imkanlarından xalqımızın maariflənməsi, gənclərimizin əxlaqi-mənəvi keyfiyyətlərinin yüksəldilməsi yöndə təbliğat aparmaq əvəzinə, hansısa şəxslərə qarşı söyüş kampaniyası həyata keçirməyə üstünlük verirlər. Bizim milli-mənəvi, əxlaqi dəyərlərimiz heç cür imkan vermir ki, siyasi baxışların ayrılığına, fərqliliyinə görə kiminləsə, hətta qan düşməni ilə olsa belə söyüşlə danışasan, həmin şəxsin şərəf-ləyaqətinə, şəxsi nüfuzuna və ailəsinə qarşı söyüş kampaniyası aparasan. Təəssüflər olsun ki, bu gün xaricdə oturub söyüş söyənlər, məhz bu cür addımları özləri üçün “siyasi mübarizə” yolu seçiblər. Belə bir mübarizə yolu seçənlərdən biri də, Qalib Məmmədov adlı şəxsdir. Əslində adı çəkilən bu şəxsin dilinə gətirib səsləndirdiyi söyüş sözləri, birbaşa onun əxlaqını, tərbiyəsini, gücsüzlüyünü, mənəviyatsızlığını, küçə adamı olduğunu tam şəkildə sübuta yetirir. Diqqət yetirmək kifayət edər ki, bu şəxsin adı Qalib olsa da, dilinə gətirib qalibsizliyini ortaya qoyan bu məxluq, sanki xalqımızın böyük bir kəsimini söyür, vicdansızcasına aşağılayır. Görünür bu şəxs ailə tərbiyəsi almayan, böyüyə hörmət etməyən, naxələf qonşumuz kimi rəqib bildiyi şəxsi arxadan vurmağa çalışan, bir növ “Boz tülkü” libasına girən bir məxluqdur. Ona görə də, bu gün Azərbaycanın tanınmış ziyalılarına, nüfuz sahibi olan şəxslərinə, ağsaqqallara, gənclərə, bir sözlə kər kəsə çağırış edib deyirəm ki, gəlin ayağa qalxaq, Qalib Məmmədov kimi məxluqun söyüş sözlərinə, aşağılayıcı yanaşmasına imkan verməyək. Onun Azərbaycana gətirilməsini və barəsində ən ağır cəza tədbirinin seçilməsini tələb edək. Əslində Qalib Məmmədovun xalqımızın böyük kəsiminə qarşı aşağılayıcı söyüşləri söyməsi, onun damarlarından axan qanın erməni qanı ilə qarışıq olmasından əsas verir. Biz susduqca, öz-özlüyümüzdə nələrisə eyib bildikcə, o halda bu məxluq daha da “quduracaq”. Odur ki, hər kəsi bu məsələdə də həmrəy olmağa və bu yaramaz məxluqun susdurulmasına, ona ən ağır cəza növünün seçilməsi üçün həmrəy olmağa dəvət edirəm.

Faktdır ki, Qalib Məmmədov və onun kimiləri internet platformasını, sosial şəbəkələri “siyasi söyüş” məkanına çevirirlərsə və müxtəlif şəxslərin həyat yoldaşını, qızını, ailə üzvlərini, yaxınlarını, dünyadan köçənlərini və s. küçə söyüşləri ilə söyürlərsə, deməli həmin şəxslərin ailə üzvləri, anası, bacısı, qardaşı, övladları və s. həmin söyüş sözlərini eşidirlər. Ona görə də, Azərbaycanın hüquq-mühafizə orqanları xaricdə oturub tənqidlə deyil, birbaşa təhqirlə, söyüşlə dolu videolar çəkən, ölkəmizdə vəzifə sahibi olan bəzi şəxsləri ləkələməyə, alçaltmağa cəhd edən bu cür əxlaq sahiblərini İnterpol vasitəsilə ələ keçirib lazımi cəzalarını versələr, o halda yəqin ki, hər kəsin ürəyində bir sakitlik hissi yaranar. Yəni, həmin şəxslərə qarşı təcili tədbirlər görülməlidir ki, xalqımıza məxsus əxlaqın, milli-mənəvi dəyərlərin və s. ləkələnməsinə heç bir halda imkan verməyək. Bəlkə də, söyüşlə dolu videonu yayan və “İlham sevərlər, sizin ananınızı, bacınızı…….” deyən Qalib Məmmədovun, məhz açıq havada edam olunmasını hər kəs tələb edəcək. Çünki, belə bir şəxsin varlığı birbaşa xalqımıza ləkədir, üzqaralığıdır, utanc hissi gətirən haldır.
Vüsal BAYRAMOV
“Aran Media” qəzetinin təsisçisi

