Zaqatalada avtomobil qadını vurub öldürdü
Oktyabrın 21-də Yevlax-Zaqatala-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, Əhmədov Tofiq Saleh oğlunun idarə etdiyi “Opel Vectra” markalı avtomobil piyada Əhmədova Məryəm İlham qızını vurub.
Məryəm Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
oxu.az

