Qonşu dövlətdə koronavirusa qarşı vaksin mülki dövriyyəyə buraxıldı
Rusiyada koronavirusa qarşı “Sputnik V” peyvəndi mülki dövriyyəyə buraxılıb.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, N.F. Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat tərəfindən hazırlanan “Qam-Covid-Vak” (Sputnik V) dərmanı yaxın vaxtlarda regionlara çatdırılacaq.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin avqustun 11-də koronavirusa qarşı hazırlanan dünyanın ilk vaksininin qeydiyyatdan keçdiyini bildirmişdi.
Preparata “Sputnik V” adı verilib. Onun istehsalına avqustun 15-də başlanıb.
İlk olaraq həkimlər və risk qrupundan olan vətəndaşlara peyvənd vurulacaq. Sentyabrın ortalarından isə mülki vətəndaşların kütləvi peyvəndinə başlanacaq.

