Əfv Məsələləri Komissiyasının yeni tərkibində dəyişiklik edildi – SƏRƏNCAM
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam İmzalayıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamının 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:
“Komissiyanın sədri
Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Komissiyanın üzvləri
Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
Fikrət Məmmədov – Azərbaycan Respublikasının Ədliyyə naziri
Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri
Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Allahşükür Paşazadə – Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri
Əhliman Əmiraslanov – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri
Zahid Oruc – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri
Fazil Mustafa – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini
Azay Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Sədaqət Vəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Aynur Sofiyeva – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Rəşad Məcidov – Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü
Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri
Bəyimxanım Verdiyeva – “Xan Şuşinski” Fondunun rəhbəri
Mehriban Vəliyeva ¬- Akademik Zərifə Əliyeva adına liseyin direktoru
Komissiyanın katibi
Kəmalə İsmayılova – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri”.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

