Bakıda keçmiş məhkumdan qadına qarşı iyrənc hərəkət
Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.
ARANTV.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, rayon ərazisində naməlum şəxs A.Behbudovaya zor tətbiq edib, içərisində pul və mobil telefon olan çantasını alıb.Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Hacıyev saxlanılıb.
İstintaq araşdırması zamanı E.Hacıyevin əvvəllər məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.

