Bakıda piyadanı avtomobil vurdu – FOTO
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı məlumat sosial şəbəkədə yayılıb.
Bildirilib ki, hadisə Nobel prospektində, “Amay” Ticarət Mərkəzinin qarşısında baş verib.
İlkin məlumata görə, piyada keçidindən keçmək istəyən şəxsi maşın vurub və o, hadisə yerində ölüb.

