Dünya 

Bu ölkədə COVID-19 xəstələrinin sayı artıb

Ötən gün Moldova ərazisində 501 COVID-19-a yeni yoluxma faktı qeydə alınıb ki, bu da keçən günlərin yoluxma göstəricilərini nəzərə alaraq, (sentyabrın 7-si gün ərzində 258 hal, sentyabrın 6-sı – 324 hal) ölkədə xəstələrin gündəlik kəskin artımını təsdiqləyir.

ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, ölkə ərazisində qeydə alınmış COVID-19-a yoluxma hallarının ümumi sayı 40 min 556-ya çatıb.

COVID-19 diaqnozu qoyulanlardan 23-ü səhiyyə sistemində çalışır ki, onlardan da 9-u həkimdir.

Ölkədə koronavirusdan sağalanların sayı 2862, ölənlərin sayı isə 1087 nəfərdir.

Daha çox xəbərlər