Dünya 

Türkiyədə zəlzələ: sakinlər təşvişə düşdülər

Türkiyənin cənub-qərbində, Muğla vilayətinin Dalaman rayonunda 4 bal gücündə zəlzələ baş verib.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 07:32-də qeydə alınıb. Zəlzələnin ocağı 22 kilometr dərinlikdə olub.

Təbiət hadisəsi yerli sakinlərin təşvişə düşməsinə səbəb olub.

Tələfat və dağıntılar barədə məlumat verilmir

Xatırladaq ki, oktyabrın 24-də də Dalaman rayonunda zəlzələ olmuşdu.

Daha çox xəbərlər