Dövlət qulluğuna qəbul üzrə test imtahanının nəticələri açıqlanıb
ARANTV.AZ xəbər verir ki, dövlət qulluğunda inzibati icraçı vəzifələrə qəbul üzrə keçirilən test imtahanının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda 1441 namizəd iştirak edib. 15 nəfər imtahana gəlməyib. Nəticələrə əsasən, ümumilikdə 667 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb. Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün oktyabrın 29-dan noyabrın 12-dək DİM-in portalında müraciət formasını doldurmalıdır.

