Abşeronda Türkiyə vətəndaşından azyaşlı qıza qarşı İYRƏNC CİNAYƏT
Abşeron rayonunda azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Türkiyə vətəndaşı Deveçi Kurtuluş Hasanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ARANTV.AZ xəbər verir ki, cinayət işinin materiaları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim azər Paşayevin icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası sentyabrın 15-nə təyin olunub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılan Türkiyə vətəndaşı Deveçi Kurtuluş Hasan azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir.
İstintaq orqanı tərəfindən Deveçi Kurtuluş Hasanın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.
Ölkə.Az

