Dünya 

Çexiya: sinif otaqları istisna olmaqla, maska taxmaq yenidən məcburidir

Çexiya hökuməti ölkədə koronavirus infeksiyasına yoluxanların sayında hər gün yeni rekordlar müəyyən edilməsini nəzərə alaraq, bütün qapalı məkanlarda məcburi maska taxılması qaydasını bərpa edib.

ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Çexiyanın əksər yerli KİV-ləri bu barədə bədbinliklə bildirirlər. Bu qaydaya riayət olunmadığı təqdirdə cərimələr hələ də qüvvədə qalır.

Eyni zamanda, Çexiyanın digər ölkələrdən fərqi ondadır ki, yalnız məktəb siniflərinə istisna edilib. Məktəblilərə bu barədə düşünmək və diqqətini yazı taxtasından və müəllimdən yayındırmaq vacib deyil. Bununla yanaşı, məktəblərin üzərinə sinif otaqlarının mütəmadi havalandırılması və şəxsi gigiyena məsələlərinə yüksək diqqətin ayrılması öhdəliyi qoyulur.

Daha çox xəbərlər