Tovuzda zəncirvari qəza: 4 maşın bir-birinə çırpıldı, yaralılar var
Tovuz rayonunda zəncirvari qəza olub.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi hissəsindəki avtomobil yolunda baş verib.
Yolda hərəkətdə olan avtomobillərdən birinin qəfil əyləci basması nəticəsində arxasınca hərəkət edən “Mercedes”, “Opel”, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər bir-birinə çırpılıb.
Hadisə nəticəsində avtomobil sürücülərindən 2 nəfər – 1969-cu il təvəllüdlü İsmayılov Yaşar Bayram oğlu qapalı kəllə-beyin travması, 1970-ci il təvəllüdlü Babayev Mahir Əsəd oğlu isə baş nahiyəsinin çapılmış yarası ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

