Cəmiyyət 

İsveçrənin təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi ADA Universitetində olub

ARANTV.AZ xəbər verir ki, Azərbaycanla İsveçrə arasında əlaqələr müxtəlif sahələrdə, xüsusilə də təhsil istiqamətində  yüksələn xətlə inkişaf edir – deyən ADA Universitetinin rektoru Hafiz Paşayev rəhbərlik etdiyi ali təhsil ocağı haqqında məlumat verdi. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA Universiteti yalnız ingilis dilində təhsil verən yeganə dövlət ali təhsil müəssisəsidir. Universitetin müəllim və tələbə heyətinin 46 müxtəlif ölkələrdən olması ADA-da zəngin beynəlxalq mühit yaradaraq tələbələrə aparıcı təhsil təcrübəsindən yararlanmaq imkanı verir. İsveçrənin Təhsil, Araşdırma və İnnovasiya üzrə Dövlət katibi Mauro Dell Ambrogio Azərbaycanla təhsil sahəsindəki əlaqələri daha da inkişaf etdirmək niyyətində olduqlarını qeyd etdi. Onu da vurğuladı ki, İsveçrədə orta və ali təhsil sistemi dünyanın ən inkişaf etmiş modellərindən hesab olunur.

Qonaq sonra Azərbaycan-Fransız Universitetinin fəaliyyətilə tanış oldu. Burda tələbələr üçün “İsveçrə: təhsildən innovasiyaya” adlı məruzə ilə çıxış etdi. Mauro Dell Ambrogio Bakıda keçirdiyi görüşlərin onda xoş təəssürat yaratdıgını söylədi.

Təhsil naziri Ceyhun Bayramovla  görüşdə isə İsveçrə Konfederasiyasının dövlət katibi  Mauro Dell’Ambrogio iki ölkə arasında ali və peşə təhsili sahəsində əlaqələrin mövcud vəziyyəti, aparılan islahatlar və inkişaf perspektivləri müzakirə edildi. Qonaq vurğuladı ki, elm, təhsil sahəsində yaradılacaq əməkdaşlıq gənclərin potensiallarını göstərməyə geniş imkanlar açacaq. Nazir yaradılacaq əməkdaşlıgın hər iki tərəf üçün faydalı olacagını dedi.

Daha çox xəbərlər