Bakıda mənzildən meyit tapıldı
Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
ARANTV.AZ xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb. Mənzildə aşkarlanan 1957-ci il təvəllüdlü İsmayılov Sədi Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.Publika.az

