Sosial 

Tanrı, Azərbaycanı qorusun!

Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcəkdir.

Heydər ƏLİYEV

AZƏRBAYCAN dövləti, bizim məmləkətimiz   qədim tarixi köklərə malik  bir dövlətdir.Azərbaycan Respublikası əlverişli coğrafi mövqeyə sahib, faydalı təbii ehtiyatları, qızıl-mədən yataqları və.s  kimi zənginliklərə malik olduğu üçün tarixən göz önündə olmuş və torpaqlarına göz dikilmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunsa da bu müstəqilliyini tez zamanda itirmişdir.1920-ci il aprelin 27,28-si RSFSR-in XI Qırmızı Ordusunun   Azərbaycana təcavüzü,respublika ərazisini zəbt etməsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti devrilərək müstəqilliyini uduzdu.

Heydər Əliyevin 1969-cu ildə Azərbaycana dövlət rəhbəri təyin edildikdən sonra müstəqillik yolunda işıqlar yandı və müstəqilliyə doğru yol açıldı. Öz dövlətinə, millətinə, milli-mənəvi dəyərlərinə, soy-kökünə bağlı öz sadəliyi və səmimliyi ilə seçilən bir insan olan Heydər ƏLİYEV Azərbaycan dövlətinin, xalqımızın ən çətin məqamında  rəhbərliyə təyin edilməsi ilə  xalqımız üçün mükafat və bir qurtuluş oldu.Digər tərəfdən isə Rusiya azərbaycan neftini əlindən saxlamaq eşqi ilə rahatlıq tapa bilmir və mənfur qonşumuz olan Ermənistanı qahmarlanaraq, arxa dayanaraq dövlətimizə qarşı məkirli siyasətini davam etdirirək torpaqlarımızın 20 faizini zəbt etməyə müvəffəq oldu.O illər Azərbaycan dövləti, xalqımız üçün çox ağır,böhranlı, çətin illər oldu. Yaşadıqlarımız dəhşətlərə rəğmən sınmadıq və ayaqda durmağa, məğrur dayanmağa, qaranlıqdan aydınlığa çıxacağımız günün ümidi ilə güclü olmağa özümüzü alışdırdıq.Bəli, Azərbaycan xalqı, bizim millətimiz çox humanist,vətənpərvər, ürəyi yumuşaq, insani keyfiyyətlərlə zəngin bir millətdir.Çünki baş kəsmək,körpə qanı axıtmaq, günahsız insanlara işgəncələr vermək, onların fəryadlarından ləzzət almağı bacarmaq azərbaycanlılara xas ola bilməzdi.Bir azərbaycanlı, azərbaycanlı kişiləri döyüş meydanında savaşar ancaq.Bizim ürəkləri dağlayan, yandıran, illər keçsə də qaysağ bağlayan, bir an belə beyinlərimizdən silinməyən Qarabağ adında bir acımız var hələ də…Xocalı faciəsi, 20 Yanvar faciəsi yaşayır,sanki bir canlıdır və qisas gözləyir. Hansı ki dünya miqyasında beynəlxalq səviyyədə vandalizm, genosid olduğu təsdiqlənmişdir. Bu  dinc əhaliyə qarşı törədilmiş ağlasığmaz, ən heyvani üsullarla həyata keçirilən, daşı da fəryada gətirən elə dəhşət dolu kabuslar idi ki, nə unutmaq, nə də murdar düşməni əhv edərək rahat yaşam sürmək olmaz.Bəli, o döyüşlərdə, o amansız qəfil hücumlarda yüzlərlə, minlərlə Qarabağ oğulları, ana bacıların şərəfini qorumaq, vətən torpağını müdafiə etmək, Azərbaycanımızın bütövlüyünü, müstəqilliyini qoruyub saxlamaq naminə əsil igidliklər nümayiş etdirərək  qəhrəmancasına şəhid olmuşlar.Fəxrəddin Şahbazov, İbrahim Məmmədov, Kərim Kərimov, Firudin Həsənov,Ələkbər Əliyev,Etibar İsmayılov,Çingiz Mustafayev, Cavanşir Nağıyev və.s saysız sayda belə “ Milli qəhrəman “adına layiq görülən azəri oğulları olub, var və olacaq. Bu şəhidlərin hər biri əbədi azadlıq, hürriyyət simvoludur.

 1991-ci il 18 oktyabr tarixində ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi.

  Ulu Öndər siyasətinin prioritet istiqamətlərindən biri əhalinin maddi rifah halının yaxşılaşması, müsbət yaşayış səviyyəsinə maksimal nail olmaq idi. H.Əliyev özünəməxsus strategiyası, quruculuq bacarıqları,fitri siyasətçi istedadı ilə islahatçılıq yolunu tutdu və qıza zaman çərçivəsində Azərbaycanı ayağa qaldırdı və canlandırdı. Azərbaycanda sosial-iqtisadi,ictimai-mədəni, təhsil,səhiyyə və.s elə bir sahə ola bilməzdi ki, orada onun təşəbbüsü, diqqəti,nəzarəti, qayğısı olmasın. Dayanmadan, yüksək enerji və sevgi ilə xalqına xidmət etmişdir. Hazırkı  tərəqqi edən, çiçəklənən, daim inkişafda olan Azərbaycan dövləti uzun illər ərzində çalışılaraq qazanılan ata övlad birliyinin yüksək politoloji üstünlüyünün göstərgisidir.

Azərbaycanın unudulmaz, dahi şəxsiyyəti Heydər ƏLİYEV öz müdrikliyi,universal bir rəhbər və rəhbərlik taktikaları ilə seçilən bir Öndər idi.Bugünkü gündə Azərbaycan dövlətinin sürətli inkişafı, ölkələrarası canlılıq harmoniyası ətrafında dövr edərək daim irəliləyiş nümayiş etdirməsi məhz Ümummilli lider Heydər ƏLİYEV siyasətinin başlanğıcının, bünövrəsinin, uğurlu siyasi fəaliyyətinin davamı və inkişafıdır. Bu o deməkdir, burda bir halalıq var. Hazırkı rəhbərimiz İlham ƏLİYEV cənablarının qabaqcıl dünyagörüşlü  Heydər ƏLİYEV siyasətinə sadiq qalaraq, övlad kimi mənimsədikləri ilə yanaşı öz şəxsi perspektivlərini cəm edərək güvənlə, inamla, yorulmadan daim yeni məqsədlər, yeni nailiyyətlər naminə  çalışaraq öz ölkəsini inkişaf etmiş ölkələr səviyyəsinə yüksəldib öz varlığı ilə qüdrətli bir Azərbaycan dövlətinin varlığına və əbədi var olmasına çalışıb və bu gündə bu məqsədlə çalışır.

Dövlətimizin bugünkü inkişaf səviyyəsi azad, müstəqil fikir yürütmək bacarığı bir çox ikiüzlü qonşularda qorxu yaradır və bütün bunlardan təşvişlənərək  təxribatlar törədirlər. Aprel döyüşləri, tovuz döyüşləri bir daha onu göstərir ki,xəbis düşmən Azərbaycana qarşı olan məkirli siyasətini hələ də davam etdirir. İstər “Dördgünlük, Aprel döyüşləri olsun, istərsə tovuz döyüşləri  göstərdi ki, Azərbaycan dövləti artıq öz sözünü deməyə qadirdir, nəinki hər hansı bir ərazisini verməz, hətta itirilmiş torpaqlarını qaytarmağa iddialıdır.Aprel, tovuz şəhidləri Qarabağ şəhidlərinin varisidir.Allah vətənimizin bütövlüyü, suverenliyi, sabitliyi uğrunda mübarizə aparan şəhadətə çatan şəhidlərimizə rəhmət eyləsin.

Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmliyi, müqəddəsliyi bir daha özünü göstərdi ki, Türkiyə hər zaman Azərbaycanladır və bu bağlılıq qarşılıqlıdır. Bir millət iki dövlət olaraq bir – birinin acısına yanan, dərdinə şərik olan, çətinliklərində yanında olub bir-birini sarmalayan iki gücə Azərbaycan və Türk gücünə eşq olsun! İnanıram ki,uzun illərdir həsrət qaldığımız,suyuna, havasına ehtiyac duyduğumuz, müqəddəs ata-baba yurdlarımız işğaldan azad olacaq və üçrəngli bayrağımız Azərbaycanın hər bir guşəsində qürurla dalğalanacaq.

Uca Yaradan Türkü qorusun! Uca Yaradan Azərbaycan dövlətini və xalqımızı qorusun!

 

Əsmər Məmmədova :Pedaqoq, gənc yazar, şairə

Daha çox xəbərlər