Dünya 

BƏƏ-də koronavirusa yoluxanların sayı 82 min nəfəri ötüb

Birləşmiş Ərəb Əmirliklərində ötən sutka ərzində yeni növ koronavirusa 786 nəfər yoluxub.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 82 568 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb, ölənlərin ümumi sayı 402 nəfər təşkil edir.

Daha çox xəbərlər