Braziliyada koronavirusdan ölənlərin sayı 135 min nəfərə çatır
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 36 303 nəfər yoluxub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 455 386 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 829 nəfər ölüb, ölənlərin ümumi sayı 134 935 nəfər təşkil edir.

