Cəmiyyət 

Nazir müavini: “Azərbaycanda qadınların fermerliyə marağını təşviq etmək lazımdır”

“Azərbaycanda qadınların fermerliyə marağını təşviq etmək lazımdır”.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu “Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin (AMAL) təqdimatı mərasimində Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev deyib.

F.Hacıyev bu məsələnin prinsipial əhəmiyyət daşıdığını deyib:

“Azərbaycanda qadın fermerlərin sayının ildən-ilə artması üçün bütün şərtlərin yaradılması lazımdır”.

AMAL layihəsindən danışan nazir müavini əlavə edib ki, bu layihə kənd təsərrüfatı sahəsinə çoxlu sayda gənci cəlb etməyə imkan yaradacaq.

F.Hacıyevin sözlərinə görə, layihə gənclər siyasətinin möhkəmləndirilməsinə xidmət edəcək.

Daha çox xəbərlər