Kriminal 

Ata oğlu ilə əlbir olub 68 yaşlı bacısını öldürdü-SUMQAYITDAKI DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Sumqayıt şəhərində bacısını qətlə yetirməkdə təqsirli bilinən Şahbaz Xəlifəyev və oğlu İslam Xəlifəyevin cinayət işi.

ARANTV.AZ  xəbər verir ki, Sumqayıt şəhəri, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilib və faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib, həmçinin cinayətin Sumqayıt şəhər sakinləri, 1961-ci il təvəllüdlü Şahbaz Xəlfəyev və 1991-ci il təvəllüdlü İslam Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

İstintaqla müəyyən olunub ki, İslam Xəlifəyev evdə olan zaman anası ilə bibisi Rəfiqənin mübahisə etdiklərini eşidərək həyətə çıxıb. Anasını yumruq zərbəsi ilə yerə yıxan bibisi onu nalayiq ifadələrlə təhqir edib. Buna görə atası Şahbazla birgə bibisini öldürmək qərarına gəliblər.

Həyətdən götürdüyü dəmir boru ilə ilk olaraq İslam sonra isə atası qadının baş nahiyyəsinə çoxsaylı zərbələr vuraraq onu qətlə yetiriblər.

İslam Xəlifəyev ifadəsində bildirib ki, bibisinin Dəmir Yolu Vağzalının yanında evi olmasına baxmayaraq onlara məxsus evin ikinci mərtəbəsində yaşayıb. Buna görə aralarında dəfələrlə mübahisə baş verib və hər iki tərəf polisə şikayət edib. Bibisi evin və həyətin ona məxsus olduğunu deyib.

Hadisə baş verən günü İslam gecə yatmağa hazırlaşarkən itin hürməsini eşidib və həyətə çıxıb. Evin arxasında anası ilə bibisinin mübahisə etdiyini görüb. Bu zaman ağaç kötüyünün yanından dəmir boru götürərək onlara yaxınlaşıb. Ora gəldiydə bibisi Rəfiqənin yerə yıxıldığını anası ilə atasının onun yanında dayandığını görüb. Yerə yıxılmağına baxmayaraq bibisi söyüş söyməydə davam edib. Bu zaman İslam əlindəki küt alətlə onun sifətinə 3 zərbə endirib. Atası isə başından təpiklə vurub.

Daha sonra bibisi Rəfiqənin tərpənmədiyini görüb valideynləri ilə birlikdə öz həyətlərinə keçib.

Səhər DİN-nin 102 xidmətinə zəng edərək yolda adam metiyinin olduğunu bildirib.

Atası Şahbaz Xəlifəyev ifadəsində bildirib ki, bacısı orta məktəbdə xadimə işləyib. Onlarla eyni həyətdə yaşamağına baxmayaraq münasibətləri pis olub.

Səhər yuxudan oyanaraq evlərinin arxa tərəfindəki yolun kənarında bir qadının qan içərisində tanınmaz halda yerdə uzandığını görüb. Dərhal arvadını və oğlunu çağıraraq polisə xəbər vermələrini tapşırıb.

Məhkəmədə İslam Xəlifəyev özünü təqsirli bilməyərək hadisədən xəbəri olmadığını və bibisini öldürmədiyini qeyd edib.

Şahbaz Xəlifəyev də məhkəmədə bacısını qətlə yetirmədiyini deyib.

Məhkəmə təqsirləndirilən şəxslərin Rəfiqə Ağayevanın ölümündən xəbərlərinin olmamasına, həmin gecə yataraq həyətə çıxmadıqlarına və qadının digər şəxs tərəfindən öldürülməsinə dair gətirdikləri dəliləri inandırıcı hesab etməyib.

Məhkəmə tam və obyektiv araşdırma aparıb nəticəyə gəlib ki, sözü gedən cinayəti İslam və Şahbaz Xəlifəyevlər törədiblər.

Sonda məhkəmənin hökmü ilə İslam Xəlifəyev 18, atası Şahbaz Xəlifəyev isə 17 il azadlıqdan məhrum ediliblər.

Ölkə.Az

Daha çox xəbərlər