BHƏDM-nin sədri Vüsal Bayramov əməliyyat olundu
Xəbər verildiyi kimi BHƏDM-nin sədri Vüsal Bayramov dünən əməliyyat olunmaq üçün Mərkəzi Klinikaya yerləşdirilib.Bu barədə Vüsal Bayramovun atası Rafiq Hüseyinov bildirib ki, əməliyyat bu gün baş tutub. Hazırda Vüsal Bayramov reanimasiyadadır. Səhhəti normal, qənaətbəxş hesab olunur.
ARANTV.AZ xəbər verir ki, Rafiq Hüseyinovun sözlərinə görə Vüsal Bayramov ağır maşın qəzası keçirdiyindən sağ ayağının yuxarı çanaq hissəsinin qırıqları sayəsində məhdud yerimə vəziyyəti yaranıb. Sağlamlığı bərpa eləmək məqsədilə növbəti əməliyyatın keçirilməsi lazım gəlib. Həkimlərin tibbi , cərrahi müdaxiləsi sayəsində aşağı ətrafların oynaq hissəsində süni şariklərin yerləşdirilməsi ilə sağlamlığın bərpası həyata keçiriləcək.
Vüsal Bayramovun atası Rafiq Hüseynovun bildirdiyinə görə, həkimlər məsləhət bilsə , sabahdan müalicə palata şəraitinə keçiriləcək.

