“Azərişıq” ASC-nin sürücüsünü elektrik cərəyanı vuraraq öldürüb
“Azərişıq” ASC-nin sürücüsü faciəli şəkildə ölüb.
ARANTV.AZ Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Fuad İbrahimov küçəsi 19/21 ünvanında yerləşən 30 saylı Transformator məntəqəsində qeydə alınıb.
“Azərişıq” ASC-nin sürücüsü Səbuhi Səfərov elektrik cərəyanı vurması nəticəsində ölüb.

