Yaponiyanın Baş naziri: “Kim Çen Inla görüşə hazıram”
Yaponiyanın yeni Baş naziri Yoşihide Suqa KXDR lideri Kim Çen Inla heç bir ilkin şərtlər olmadan görüşməyə hazır olduğunu bildirib.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, belə bir açıqlamanı o, BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələrindəki çıxışında deyib.
“Yaponiyanın yeni Baş naziri kimi KXDR sədri Kim Çen Inla hər hansı bir şərt olmadan görüşməyə hazıram”, – Suqa belə deyib.

