Gündəm Hadisə 

Gəncə sakini Karina Qriqoryan düşmən atəşi nəticəsində yaralanıb – YENİLƏNİB + FOTO

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəninin atəşə tutulması nəticəsində mülki şəxslərdən biri 1943-cü il təvəllüdlü erməni Karina Qriqoryan yaralanıb.

ARANTV.AZ Karina Qriqoryanın fotolarını təqdim edir.

14:55

Xəbər verdiyimiz kimi, düşmən Gəncə şəhərini Ermənistan ərazisindən ağır artilleriya atəşinə məruz qoyub. Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb.

Oxu.Az-ın məlumatına görə, Gəncədə yaralanan mülki şəxslərdən biri 1943-cü il təvəllüdlü erməni Karina Qriqoryandır.

Hazırda o, Gəncədə xəstəxanadadır.Oxu.Az

Daha çox xəbərlər