Manset 

Alimlər duzun başqa ziyanını tapdılar

Yels universitetinin alimləri növbəti tədqiqatın nəticələrini açıqlayıblar.

ARANTV.AZ xəbər verir ki, açıqlamaya əsasən, duzdan çox istifadə etmək skleroz xəstəliyi riskini artırır.

Tədqiqat zamanı məlum olub ki, duzdan çox istifadə “Wnt” siqnal yolunun aktivləşməsinə səbəb olur. Bu zaman T hüceyrələrinin nizamlayıcısının işi sıradan çıxır. Bu hüceyrələr isə peptid molekulları, interferon-qamma və interleykin-10un əlaqələrini optimal səviyyədə dəstəkləyir. Balansın pozulması isə iltihab prosesinə yol açır. Bu isə təhlükəli xəstəliklərin yaranması ilə nəticələnə bilər.

Alimlər qeyd edirlər ki, əvvəllər “Wnt” siqnal yolunun aktivləşməsini onkoloji xəstəliklər riskinin artması ilə əlaqələndirirdilər. Növbəti təcrübə sübut edib ki, duzun çox istifadəsi orqanizmdə mərkəzi sinir sistemi üçün də təhlükəlidir.


Ölkə.Az

Daha çox xəbərlər