Manset 

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daimi yaşayacaq

12 dekabr Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım günü kimi qeyd olunur. Bu gün ölkənin hər yerində dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilir.

 

Heydər Əliyev Azərbaycan dövlətçiliyinin formalaşmasında, müstəqilliyin qorunmasında və ölkənin inkişaf strategiyasının müəyyənləşdirilməsində müstəsna xidmətləri olan tarixi liderdir. Onun hakimiyyətə qayıdışı ilə ölkə xaosdan xilas olunmuş, siyasi sabitlik bərpa edilmiş və inkişafın əsasları yaradılmışdır.

 

Ulu Öndərin həyata keçirdiyi islahatlar, sosial-iqtisadi siyasət, ordu quruculuğu və Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi bu gün də dövlətçilik yolunun təməl prinsipləri kimi qalır. Onun uzaqgörənliyi, xalqına sevgi ilə bağlı olan liderlik fəlsəfəsi Azərbaycan tarixində silinməz iz qoyub.

 

12 dekabrda insanlar Heydər Əliyevin abidələrini ziyarət edir, onun ruhuna hörmət və ehtiramlarını bildirirlər. Bu gün həm də Ulu Öndərin ideyalarının yaşadıldığını və onun müəyyən etdiyi inkişaf yolunun davam etdirildiyini göstərən bir xatirə günüdür.

 

Heydər Əliyevin siyasi irsi, müstəqil Azərbaycan üçün yaratdığı möhkəm dövlətçilik təməli gələcək nəsillər üçün parlaq örnək olaraq qalır.

 

Vüsal Bayramov

Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri

Daha çox xəbərlər