Hadisə 

Azərbaycanda sərxoş şəxs su arxına yıxılaraq boğulub

Şəkidə su arxından meyit tapılıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə şəhərin M.Ə.Rəsulzadə küçəsində baş verib.

Şəki şəhər sakini, 1971-ci il təvəllüdlü Hacımollayev Telman Nurəli oğlunun meyiti həmin küçədəki su arxından aşkar edilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunun apardığı araşdırma zamanı məlum olub ki, T.Hacımollayev noyabrın 1-də gecə saat 22 radələrində evində spirtli içki qəbul edərək evdən çıxıb və həmin küçədə su arxına yıxılaraq boğulub ölüb.

Faktla bağlı araşdırmalar davam edir.

Daha çox xəbərlər