Azərbaycanda yaşlı qadın quyuya düşərək vəfat etdi
Lənkəran rayonunun Liman şəhərində 62 yaşlı qadının meyiti quyudan tapılıb.
ARANTV.AZ xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bir nəfərin meyitinin su quyusundan çıxarılması üçün müraciət daxil olub.
Hadisə yerinə cəlb olunmuş müvafiq xilasetmə qüvvələri 1956-cı il təvəllüdlü Əliyeva Vəskinə Kişi qızının meyitini quyudan çıxararaq aidiyyəti üzrə təhvil verib.

