Qazaxıstanlı gənc “Hellouin” gecəsində öldü – FOTO/VİDEO
Kaskadyor Qasım Jumaqujin Almatıdakı barlardan birində edamla bağlı nömrə göstərən zaman ehtiyatsızlıqdan ölüb.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı Qazaxıstan KİV məlumat yayıb.
Artist “Hellouin”lə bağlı şou-proqramda iştirak edirmiş. Çıxış zamanı kaskadyor tərəf müqabilinə hər şeyin yaxşı olduğunu deyib. 15 dəqiqə sonra yerə endirilən Qasımın artıq dünyasını dəyişdiyi məlum olub.
oxu.az

