Siyasət 

Ukrayna mediasında Azərbaycanın Konstitusiya Günü haqqında ərtaflı məlumat verilib

ARANTV.AZ xəbər verir ki, Ukraynanın xəbər portalında Azərbaycan Konstitusiya Gününə həsr olunan məqalə yerləşdirilib. “Ukrayna radiosu”nda da Konstitusiya Günü ilə bağlı geniş məlumat verilib.

Ukraynanın “versii.com” portalında dərc olunan məqalədə müstəqilliyin ilk illərində respublikamızda bütün sahələrdə xaosun, tənəzzülün yaşandığı dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin ölkəmizi dinamik inkişaf yoluna çıxarmasından söhbət açılır. Qeyd olunur ki, Ulu Öndərin xidmətləri sayəsində bütün sahələrdə sürətli inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilib. Yeni Konstitusiyanın qəbulu Azərbaycan xalqının həyatında baş verən fundamental dəyişikliklərlə bağlı olub. Dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın qarşısında duran vacib vəzifələrdən biri Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək üçün zəruri tədbirlərin həyata keçirilməsi idi. Yazıda vurğulanıb ki, yeni Konstitusiya demokratik, dünyəvi, hüquqi dövlətin təməlini qoydu. Məhz bu Konstitusiyanın qəbulu ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması üçün möhkəm hüquqi baza formalaşdırıldı.

“Ukrayna radiosu”nda da Azərbaycanın müstəqillik qazandıqdan sonra yeni Konstitusiyanın hazırlanması zərurətindən danışılıb. Qeyd olunub ki, ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunduğu vaxtdan etibarən hər il noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü qeyd olunur.

Daha çox xəbərlər