Gündəm 

Şuşadakı kababın kor qoyan tüstüsü – Paşinyan və Qarabağ klanı üçün hesab günü

Əli körpələrimizin qanına bulaşmış cani erməni rəhbərləri üçün hesab günü yaxınlaşır. Düz anladınız, söhbət təkcə Paşinyandan getmir. Guya sələfləri ondan yaxşı idi ki. Serj Sərkisyanın, Robert Köçəryanın Xocalı hərbi caniləri olduğu bəlli. Nikol Paşinyan da artıq Gəncə, Goranboy, Tərtər hərbi canisidir. Bu xüsusda rəşadətli ordumuzun işğalçı qüvvələrə vurduğu sarsıdıcı zərbələr həm də Sərkisyana, Köçəryana, onların həmişə özündənrazı, sırtıq sifətlərinə vurulan zərbələrdir.

Hakimiyyətdə Qarabağ klanı olsaydı da, bizim Vətən müharibəmiz gec-tez başlayacaqdı. Paşinyan özünün sərsəm hərəkətləri və açıqlamaları ilə bunu sadəcə, yaxınlaşdırdı. Onun sələfləri isə daha hiyləgər olduqları üçün uzun müddət danışıqları imitasiya edib, vaxtı uzada bilmişdilər.

Ancaq indi, Azərbaycan əsgəri hərb meydanında təkcə Nikol Paşinyanın yox, guya ona “məğlubedilməz ordu təhvil vermiş” Qarabağ klanının da dərsini verir. Yoxsul Ermənistanda 2 il yarıma Paşinyan hansı müasir ordu qura bilərdi ki? Əlbəttə ki, bu mümkünsüz idi. O üzdən Sərkisyan və Köçəryanın Paşinyana qarşı iddiası ola bilməz. Müxtəsəri, ordumuz hazırda onların topasının dərsini verir. Hələ harasıdır, hər üçünün tarixin və siyasətin zibilliyinə düşməsinə bir şey qalmayıb…

Azərbaycan əsgəri 27 illik status-kvonu da, təmas xəttini də sentyabrın 27-də dağıtdı. Cəbhə xətti hər gün bir az daha Şuşa və Xankəndi tərəfə yaxınlaşır. “Yenilməz ordu” mifi çilik-çilik edildi. İşğalçı ölkənin olan-qalan qüruru, fəqərə sütunu qırıldı. Artıq total döyüşçü qıtlığı yaşayan düşmən tərəf yeniyetmələri, qadınları, cinsi azlığın nümayəndələrini və ömürlük dustaqları belə, səfərbər etməyə çalışır. Bu, öz xalqını açıq-aşkar qırğına göndərməkdir, milli intihardır əslində.  

Baxın, dünənədək arxayın şəkildə Şuşaya gəlib orda Azərbaycan xalqının heysiyyətinə toxunan bəyanatlar səsləndirən, kabab çəkən və Cıdır düzündə sırtıqcasına qol götürüb oynayan erməni “ali baş komandan” Paşinyan daha bu tərəflərdə gözə dəymir. Kabab çəkmək, oynamaq hayında deyil. Çünki Azərbaycan əsgəri, PUA-lar hər yerdə onu axtarır. Yenə gəlsinlər Şuşaya, konyak vurmağa. Bacararlarmı?

1bf6e5e5-d7de-4ca3-acd1-bcfe859b7868.jpg (37 KB)

Bəlkə də bu mənfur qövm bizə qarşı özlərini ikiayaqlı yırtıcılar kimi yox, adam kimi aparsaydılar, barışıq üçün üz-yeri qoysaydılar, Xocalı soyqırımına, insanlıq əleyhinə digər qandondurucu əməllərə imza atmasaydılar, nə vaxtsa Qarabağa, Şuşaya turist qismində gəlmələrinə dözə, izn verə bilərdik. Fəqət, bütün körpüləri yandırdılar. Ona görə bədəlini ağır ödəyirlər. Hələ ödəyəcəklər.

Və sonda.

Şuşada Sərkisyan və Köçəryan da ələlxüsus şəhərin işğalının ildönümü günlərində (ermənilər bunu misilsiz həyasızlıqla Şuşanın “azad edildiyi gün” adlandırırdılar) kef məclisləri, şənliklər qurmağı çox sevirdilər. Sanki müharibə artıq bitib, Qarabağ məsələsi həmişəlik bunların xeyrinə həll olub qurtarıb, indi də “hərbi qələbə”ni, Şuşanın işğal ildönümlərini rahatca qeyd edib Azərbaycan xalqına acıq vermək olar.
Ay siz öləsiniz! Gəlirik! Qayıdırıq!..

Daha çox xəbərlər