Yeganə Sadıqova “Kids Fashion Show”da münsif oldu – FOTOLAR
Ötən gün keçirilən “Kids Fashion Show” uşaqlar arasında moda yarışmasının münsif heyəti sırasında tanınmış azərbaycanlı modelyer Yeganə Sadıxova yer alıb. ARANTV.AZ-ın məlumatına görə, “Pullman Hotels and Resorts” otelində “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə uşaqlar arasında “Yay əyləncəsi – Avanqard stil” adlı moda yarışması (Kids Fashion Show) keçirilib. Müsabiqə 10-14 yaş arasında uşaqları əhatə edib. Müsabiqənin münsiflər heyətində “YES MODA EVİ”nin rəhbəri, modelyer Yeganə Sadıqova da yer alıb.



