10 yaşlı Həcər: “Əziz İlham baba, erməniləri də dediyiniz kimi, qovduq”
Azərbaycan haqlı mübarizəsində əldə etdiyi qələbədən sonra bu ölkənin Dövlət başçısı İlham Əliyev yüzlərlə insan məktub yazıb. Məktub yazanlar arasında Gürcüstan vətəndaşı Marneuli sakini 10 yaşlı Həcər Yusubova da var.
ARANTV.AZ 10 yaşlı Marneuli sakininin Prezident İlham Əliyevə yazdığı məktubu təqdim edir:
“Əziz İlham baba.
Mənim adım Həcərdir. 10 yaşım var. Biz hamımız Sizi çox sevirik.
Mən qəhrəman Azərbaycan əsgərləri üçün az da olsa, pul yardımı göndərirəm. Erməniləri də dediyiniz kimi, qovduq.
Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”.

