Dünya 

Moskvada koronavirusdan daha 73 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 73 nəfər ölüb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: “Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 73 xəstə dünyasını dəyişib”.

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 7 502 nəfərə çatıb.

Daha çox xəbərlər