Türkiyənin Azərbaycan xalqının mübarizəsinə verdiyi tam dəstəyi gördük – Ceyhun Bayramov
Son 44 gün ərzində Türkiyə dövlətinin, türk xalqının, millət vəkillərinin, ictimai xadimlərinin Azərbaycan xalqının mücadiləsinə verdiyi tam dəstəyi gördük.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan bu dəstəyi hər gün hiss edib: “Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu qısa müddətdə 5 dəfə Azərbaycanda olub”.

