Dünya 

Yerevanda aksiyada saxlananların sayı 130-a çatıb

Yerevanda baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyası davam edir.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, aksiya iğtişaşlarla müşayiət olunur.

Etirazçılar “Satqın Paşinyan” kimi şüarlar səsləndirir.

Xəsarət alanların, o cümlədən polislər arasında yaralananların olduğu deyilir. Qeyd olunur ki, bu anadək 129 aksiya iştirakçısı polis tərəfindən saxlanılıb.

Xatırladaq ki, Yerevanda N.Paşinyanın Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatı imzalamasına etiraz olunur.

Daha çox xəbərlər