Region Xəbərləri 

“Fransa Azərbaycan Dostları Assosiasiyası”nın nümayəndə heyəti Cocuq Mərcanlıda olub

ARANTV.AZ xəbər verir ki, Azərbaycanın Ermənsitanın işğalı altında olan torpaqları tezliklə öz sahiblərinə ,- Azərbaycana qaytarılmalıdır.  Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən “Fransa Azərbaycan Dostları Assosiasiyası”nın nümayəndə heyətinin üzvləri belə deyib.

“Fransa Azərbaycan Dostları Assosiasiyası” bir qrup fransalı ictimai-siyasi fəallla Ermənistanın işğalından azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. Qonaqlar dövlət başçısının siyasi iradəsi ilə yenidən brpa edilən kənddə yaradılan şəraitlə tanış olublar. Cocuq Mərcanlıda inşa edilmiş Şuşa məscidinin bənzəri olan məscidə və digər infrastruktur obyektlərinə baş çəkib, yerli icma nümayəndələri ilə görüşüblər. Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel Cocuq Mərcanlıda aparılan işləri yüksək qiymətləndirib. Bildirib ki, azərbaycanlı məcburi köçkünlərin məruz qaldığı humanitar faciənin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm tədbirlər görülməlidir. Assosisasiya və onun üzvləri də bu sahədə məqsədyönlü iş aparır.

O da bildirilib ki, burada iş yerlərinin yaradılması məqsədilə yerli və xarici təşkilatlar tərəfindən layihələr həyata keçirilir. Cəbrayıl rayonun icra hakimiyyətinin başçısı Kamal Həsənov kəndə qayıtmış əhalinin sosial-iqtisadi vəziyyəti, məşğulluğun təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər  barədə söz açıb. Cocuq Mərcanlı sakini Oqtay Həziyevin evində olan qonaqlara  bildirilib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hələ 1994-cü ildə aparılan uğurlu Horadiz əməliyyatından sonra kənd  işğaldan azad edilsə də, işğalçı qüvvələrin yaxın məsafədəki mövqelərindən daim atəşə tutulurdu. Amma bu gün insanlar öz evlərində yaşayır, gündəlik təsərrüfat qayğıları ilə məşğul olurlar.

Daha çox xəbərlər