“Ümid edirik ki, Ermənistan doğru olanı seçəcək”
Dolayısı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs razılaşması 3 ölkə arasında olub. Bizdən əvvəl də fərqli ölkələr arasında imzalanmışdı, lakin əsas məsələ bu razılaşmaya əməl olunmasıdır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlu bildirib ki, atəşkəs hərbi əməliyyatlardan sonra geri qalan məsələlərin sülh yolu ilə həll edilməsini nəzərdə tutur:
“Ermənistanın hansı hərəkət edəcəyini deyə bilmərəm, ancaq ümid edirik Ermənistan doğru olanı seçəcək və Ermənistan xalqı da bundan faydalanacaq”.

