İdman 

Millimizin Millətlər Liqasında növbəti çətin sınağı – AFİŞA

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

ARANTV.AZ xəbər verir ki, yığmamız Millətlər Liqasında IV turun matçına çıxacaq.

Canni de Byazinin yetirmələri C liqasının 1-ci qrupu görüşündə Monteneqro ilə görüşəcək.

Qeyd edək ki, Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İliç” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Qrupumuzun digər oyununda Kipr yığması doğma meydanda Luksemburqla qarşılaşacaq.

Bu tura qədər Luksemburq 9 xalla qrup lideridir. Monteneqro da eyni xala malikdir və qrupda ikinci yerdə qərarlaşıb. Azərbaycan 4 xalla ikinci, Kipr yığması isə 1 xalla sonuncudur.Oxu.Az

Daha çox xəbərlər