Dünya 

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində son sutka ərzində daha 18 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 325-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.

Ümumilikdə 81 303 xəstə sağalıb. Ölkədə 388 aktiv koronavirus xəstəsi var ki, onlardan da 3-nün vəziyyəti ağır qiymətləndirilir.

Daha çox xəbərlər