Bərdədə avtomobil qadını vurub öldürdü
Bərdə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, noyabrın 15-də, saat 18:00 radələrində Bərdə şəhəri ərazisində Tərtər rayon sakini Fərid Xanlarzadə idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən şəhər sakini Zərniyar Abbasovanı vurub.
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.
oxu.az

